Medvisit Qlobal® Köməkçi Reproduktiv Texnologiyalar (ART) vasitəsilə hərtərəfli, əlverişli və yüksək keyfiyyətli qadın və kişi sonsuzluğu müalicəsi variantlarını təmin edən beynəlxalq tibbi səyahət üzrə şirkətidir: Avropanın ürəyində - Gürcüstanda, Tiflisdə yerləşən İn Vitro Fertilizasiya (IVF), Surroqatlıq və Yumurta Donorluğu, həmçinin digər tibbi xidmətlər.
Biz əlverişli və hüquqi cəhətdən sabit beynəlxalq surroqatlıq və yumurta donorluğu proqramlarını valideyn olmaq istəyən xarici şəxsləri salamlayırıq. Gürcüstan dünyanın 125 ölkəsindən ən təhlükəsiz 7 ölkədən biri kimi və gestasional surroqatlıq və yumurta donorluğuna şərait yaradan az saylı ölkələrin arasında yer alır.
Gestasional Surroqatlıq və Yumurta / Sperm Donorluğu 1992-ci ildən bəri Gürcüstanda qanuni status qazanıb. Surroqat ana və ya yumurta bağışlayanın anadan olan uşaq üzərində heç bir valideynlik haqqı yoxdur.Valideyn olmağa hazırlaşanların valideynlik üçün Gürcüstanı, Tiflisi seçmələrinin əsas səbəblərindən biri doğulan körpənin doğum şəhadətnaməsi üzərində onların adının qeyd olunmasının qanun əsasında icra olunmasıdır.
Medvisit Qlobal® fərdi yanaşma və rahatlığa yönəlmiş bir şirkət kimi digərləri arasında fərqlənir. Biz sonsuzluqla bağlı tam müalicə xidmətini təmin edirik: İn Vitro Fertilizasiya (IVF), Surroqatlıq, Yumurta Donorluğu, Yumurta Paylaşımı, Yumurta Donoru ilə Surroqatlıq, Yumurta Dondurma, Sperm Dondurma, Genetik Skrinninq, istənilən məkana səyahət edən Yumurta Donorları, Zəmanətli Uşaq Proqramı. Ailənizi qurmaqda sizə kömək etmək üçün bizim sağlam və etibarlı surroqat analar və yumurta donorlarımız var.
Surroqatlıq və Yumurta Donorluğu vasitəsilə Zəmanətli Uşaq Proqramı, valideynlərin dünyanın müxtəlif yerlərindən bizi seçmələrinin ən mühüm səbəblərindən biridir. Bu proqram xüsusilə İn Vitro Fertilizasiyanın (İVF) təkrar cəhdlərinə ehtiyac duymamaq və zəmanətli nəticələr əldə etmək istəyən valideynlər üçün hazırlanmışdır. Zəmanətli Uşaq Proqramının əsas üstünlüyü ondan ibarətdir ki, müəyyən olunmuş əlverişli ödənişlə siz zəmanətli uğur qazanacağınıza əmin ola bilirsiz. Bu məbləğ İn Vitro Fertilizasiyaya (IVF) məhdudiyyətsiz olaraq müraciət etməyi təmin edir. Zəmanətli Uşaq Proqramı, rahatlaşmaq və sakitləşmək, eləcə də prosesə tam nəzarət etmək üçün böyük bir fürsətdir.
Biz valideynliyə aparan dəyişikliyin hər bir addımında sizə tam rəhbərliyi və dəstəyi təmin edirik: hava limanından sizi qəbul etməkdən əlinizdə körpə ilə gedişinzə qədər. Gürcüstanda siz özünüzü evdəki kimi hiss edəcəksiniz, çünki sizin görüşəcəyiniz hər biz insan- surroqat ana, yumurta donoru, bizim işçi heyətimiz və həkimlərimiz sizə ailənizi qurmaqda kömək edəcək və bunun bir hissəsi olaraq özlərini tam şəkildə buna həsr edəcəklər. Biz sizi gözləyirik və icazə verin bu il biz sizin həyatınızı dəyişək. Zəhmət olmasa, bizimlə info@medvisitglobal.com vasitəsilə əlaqə saxlayın və ya +995 599 49 16 04 nömrəsinə zəng edin.