Gestasional surroqatlıq ailəsini yaratmaqda çətinlik çəkənlər üçün unikal üsuldur. Çox vaxt cütlüyə öz genetikası vasitəsilə uşaq sahibi olmaq üçün bu tək seçimdir. 1992-ci ildən etibarən Gürcüstandakı evli heteroseksual cütlüklər üçün surqoqatlıq qanuni olmuşdur. Bundan başqa, Gürcüstan doğum şəhadətnaməsində surroqat ananın adı qeyd olunmadan valideyn olmaq istəyənlərin adlarının qeyd olunmasına imkan verən azsaylı surroqat dostu ölkələrdəndir. Surroqat ananın doğulan uşaq üzərində heç bir valideynlik hüququ yoxdur. Körpənin doğum haqqında şəhadətnaməsinin alınması sadə bir prosesdir və adətən bir gündən beş günədək verilir. Medvisit Qlobalda biz yerli və xarici valideyn olmaq istəyənlərə üçüncü şəxslərin reproduksiyası vasitəsilə surroqatlıq xidmətini təqdim edirik. Bu xidmətimiz aşağıdakı proqramları əhatə edir:
Surroqatlıq
Zəmanətli Uşaq Proqramı (İVF-dən məhdudiyyətsiz cəhdlərlə Yumurta Donorluğu vasitəsilə Surroqatlıq)
Lokal Donor Yumurtalarını istifadə edərək Surroqatlıq
Beynəlxalq Donor Yumurtadan istifadə edərək Surroqatlıq
Bölüşdürülən Donor Yumurtaları istifadə edərək Surroqatlıq
Dondurulmuş Embriondan istifadə edərək Surroqatlıq
Bizim hər zaman sağlam, təcrübəli və hazır surroqat analarımız var.
Surroqat proqramı haqqında bizimlə əlaqə yaratmaq istəyirsinizsə, Skype, telefon, Viber, WhatsApp vasitəsilə və ya şəxsən yaxınlaşaraq pulsuz məsləhət ala bilərsiniz. Beynəlxalq Pasient Koordinatorumuz qərarınızla bağlı lazım olan bütün məlumatları təqdim edəcəkdir. Proqramımıza qoşulduğunuz zaman proqram koordinatorumuz proqramınızın hər bir adımında sizə yol göstərəcəkdir: proqramın uyğunluğunu (tibbii müayinə nəticələriniz, evlilik vəziyyətiniz və vətəndaşlığınızla bağlı), proqramın tarixini və sizin gəliş vaxtınızı təsdiqləmək, müqavilə imzalamaq, bir surroqat ana və yumurta donorunun seçilməsi (lazım olduqda). Surroqat ana (və lazım olduqda yumurta donoru), həkim və notariat idarəsi ilə əlaqə qurmağınıza kömək etmək bizə xoşdur. İstədiyiniz zaman nəqliyyat, dayə və konsyerj xidməti, yaşayışla bağlı rahat bir yer tapmaqda sizə kömək etməkdən məmnunuq.
Surroqatlıq və ya digər fertillik müalicəsi haqqında daha ətraflı məlumat üçün info@medvisitglobal.com vasitəsilə koordinatorumuza müraciət edin. Bizim proqram koordinatorları gestasiya surroqatlığının faydalarını qiymətləndirmək və xərc, hüquqi tərəf, müalicə protokolları və s. haqda məlumat verməklə sizə kömək edəcəkdir.